Türklər azərbaycanlı və erməni qızının sevgisi haqqında serial çəkirlər

Gün.Az aksam.com.tr-yə istinadən xəbər verir ki, “Ay Yapım” şirkəti iki məşhuru bir araya gətirəcək. Çəkilişləri bu ilin iyununa planlaşdırılan serialda azərbaycanlı oğlanla erməni qızın sevgisindən bəhs olunacaq. Erməni qızını Meryem Üzerli, azərbaycanlı oğlanı isə Kıvanc Tatlıtuğ oynayacaq. Əgər layihə gerçəkləşərsə 2014-cü ilin sentyabrında “Kanal D”də nümayişinə başlanılacaq. www.gun.az