deneme bonusu deneme bonusu veren siteler deneme bonusu veren siteler deneme bonusu veren siteler deneme bonusu veren siteler ecoplay deneme bonusu deneme bonusu https://playdotjs.com/ deneme bonusu veren siteler youtube mp3 Bonusverensiteler.com deneme bonusu veren siteler meritking giriş kingroyal giriş

ʹHEPİMİZ AZERİYİZ DİYELİM Mİ?ʹ

EKONOMİ (İHA) - İhlas Haber Ajansı | 01.02.2012 - 03:05, Güncelleme: 03.09.2022 - 16:01
 
ʹHEPİMİZ AZERİYİZ DİYELİM Mİ?ʹ

“Hamımız azərbaycanlıyıq” deyəkmi? Fransanın soyqırımı inkar edənləri cəzalandırma qanunu Azərbaycanda da böyük etiraza səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyi, Prezident Aparatı, müxalifəti, qeyri-hökumət təşkilatları, mediası ilə bu məsələyə öz münasibətini bildirdi. Xoş, Türkiyədə yenə də birilərini məmnun eləyə bilmədik. Amma bizim heç belə dərdimiz də yox idi... Biz Türkiyə qədər Azərbaycanı da yaralamış, azadlığa və ədalətə qarşı olan bu qanunun qəbul edilməsinə etirazımızı ortaya qoyduq. Hələ-hələ bizi həmişə azadlıqları boğmaqda ittiham edən Fransa rəsmilərinə, parlamentinə və bu qərara səssiz qalan ziyalılarına üzüldüyümüzü çatdırmaq istədik. Hər halda bir az da bacara bildik. Biz haqsızlığın, ədalətin ayaq altına atılmasının nə demək olduğunu çox yaxşı bilirik. Çünki torpaq itirən, yurdu yağmalanan, yavruları erməni gülləsiylə qətl edilmiş millətik biz. Ona görə də Fransa Senatının ermənilərə dəstək olan bu qanununu həm də özümüzə təhqir hesab edirik. Biz də hayqırmaq, 20 ildir ki, dünyanın görmədiyi həqiqətimizi çatdırmaq istəyirik. Onu ən yaxınımızdakı İstanbulun küçələrində “hamımız erməniyik” qışqırıb yürüş edənlərin duymasını arzulayırıq. Fransızdan, almandan, çinlidən öncə türkün və Türkiyənin bizim həqiqətimizi görməsini, bilməsini istəyirik. Təxminən bir ay sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımdan 20 il ötür. 20 il öncə bir neçə saat içində bir şəhər yer üzündən silindi. Ermənilərdən qaçan 2500 dinc sakindən 613-ü düşmən gülləsiylə qətl edildi, 63-ü uşaq, 106-sı qadın, 70-i qocaydı. Bir saat içində 8 ailə yox oldu. 487 nəfər düşmən gülləsindən yaralandı, 76-sı uşaqdı, 1275 nəfər əsir alındı, 150 nəfərin öldü-qaldısından hələ də xəbər yoxdu... Və bu vəhşət 20 il öncə dünyanın gözü önündə yaşandı. Heç kimsədən səs çıxmadı... Azərbaycan tək sinəyə çəkdi bu yaşananları, hələ də davam edir bu əzablar... Bir ay sonra bütün dünyaya türkün necə soyqırım edildiyini göstərəcəyimiz tarixdi. İstanbul küçələrində yüz minlərin Xocalı qətliamını əks etdirən şəkillərlə yürüyüb dünyaya 20 il əvvəl olanları hayqırmaq imkanı var. Nə deyirsiniz, İstanbul küçələrində “hamımız azərbaycanlıyıq” çağıraqmı? “Türkiyənin vicdanı”nı bir də bu yandan göstərəkmi dünyaya? Tarixin ən böyük, ən gözəl qardaşlıq hekayəsi olan Türkiyə və Azərbaycan birliyini başda Fransa olmaqla Avropanın üzünə hayqıraqmı? Bunu indi etməyəcəyik də nə zaman edəcəyik? “Hamımız azərbaycanlıyıq” deyəkmi? (Azeri Türkçesiyle yazılan yazının orjinal haliyle yayınladık- kaynak: APA)

Habere ifade bırak !
Habere ait etiket tanımlanmamış.
Sitemizden en iyi şekilde faydalanabilmeniz için çerezler kullanılmaktadır, sitemizi kullanarak çerezleri kabul etmiş saylırsınız.